Əhmədinejaddan növbəti həmlə - YENİ AKSİYALAR BAŞLAYIR
İranın eks-prezidenti Mahmud Əhmədinejad hökumətdən etiraz aksiyaları keçirmək üçün icazə istəyib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə keçmiş dövlət başçısının yaxın ətrafı bildirib.
Bununla əlaqədar Daxili İşlər Nazirliyinə yazılı müraciət göndərilib. Aksiyalarda ölkədəki mövcud siyasi və ağır iqtisadi vəziyyətə etiraz ediləcəyi açıq qeyd olunur.
Bundan başqa, ötən il dekabrın 29-da başlanan və bu ilin əvvəlində son verilən iğtişaşlarda xalqın tələblərinə laqeyd yanaşıldığı bildirilir.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Cəfəri həmin iğtişaşların təşkilində məhz Mahmud Əhmədinejadın əli olduğunu iddia etmişdi.
OXŞAR XƏBƏRLƏR
18:48
233
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
233
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
353
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
278
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
401
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
649