Moskvada Azərbaycan əsilli milyarderlərin bazarı yanıb - HADİSƏ YERİNDƏN
Rusiya paytaxtındakı azərbaycanlı iş adamlarına məxsus "Sadovod" bazarında yanğın baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu gün yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov, Zarax İliyevə məxsus bazarda yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Onlar əvvəlcə yanğının yayılmasının qarşısını alıblar, sonra isə yanğın söndürülüb.
Moskva dairəvi avtomobil yolunun kənarında yerləşən "Sadovod" bazarında çalışanların əksəriyyəti azərbaycanlılardır.
Onlar APA-ya bildiriblər ki, yanğın bazarın 18-19-cu sıralarında baş verib. Geyimin satıldığı bu sıralarda azərbaycanlılara məxsus dükanlar yanıb. Azərbaycanlı ticarətçilərə maddi ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR
18:48
233
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
233
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
353
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
278
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
401
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
649