Tramp: “Afrin əməliyyatı Türkiyə ilə münasibətlərimizi pisləşdirə bilər”
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, söhbət zamanı Suriyada son vəziyyət və "Zeytun budağı" əməliyyatı müzakirə olunub.
Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-ni silahla təchiz etməyə son qoymağa çağırıb.
O həmçinin vurğulayıb ki, Suriya ərazisində keçirilən əməliyyatın məqsədi Türkiyənin milli təhlükəsizliyini təmin etmək və Afrin bölgəsini terrorçulardan təmizləməkdir.
"Afində həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normaları, o cümlədən BMT Konvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsinə uyğundur və terrorizmə qarşı mübarizə istiqamətində növbəti addımdır" - deyə, Türkiyə prezidenti vurğulayıb.
ABŞ prezidenti isə Suriyanın Afrin bölgəsində artan gərginlikdən narahat olduğunu ifadə edib: "Hazırkı vəziyyət ABŞ və Türkiyə arasındakı əlaqələrin pisləşməsi risklərini daşıyır".
Tramp həmçinin rəsmi Ankaranı Suriyada türk və amerikalı qüvvələr arasında münaqişəyə səbəb ola biləcək hərəkətlərə yol verməməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?