Rusiyada göyərtəsində azərbaycanlıların da olduğu balıqçı gəmisi yoxa çıxıb
Rusiyada balıqçı gəmisi yoxa çıxıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Primorsk diyarında qeydə alınıb.
Yapon dənizində yoxa çıxan "Vostok" balıqçı gəmisinin axtarışları istiqamətində hərəkətə keçilib, bölgəyə iki sahil mühafizə gəmisi və helikopter cəlb olunub.
Gəmidə 21 heyət üzvü olub. Onların arasında Rusiya vətəndaşları ilə yanaşı əcnəbilərin, o cümlədən azərbaycanlıların da olduğu bildirilib. İtkin düşən həmyerlilərimiz 1991-ci il və 1972-ci təvəllüdlü Ruslan Əlizadə və Mübariz Hüseynovdur.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:48
231
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
230
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
353
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
278
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
401
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
649