Salyanda kütləvi dava olub - 2 NƏFƏR BIÇAQLANIB
Salyan rayonunda baş verən kütləvi davada 2 nəfər bıçaqlanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan sakinləri olan 20 yaşlı Cəfərov Nurməmməd Telman oğlu və 22 yaşlı Abdullayev Toğrul İlham oğlu dava zamanı adı hələlik açıqlanmayan bir rayon sakini tərəfindən bıçaqlanıb.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yeddi bıçaq xəsarəti yetirilən Nurməmməd Cəfərov cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Döş qəfəsindən bir bıçaq xəsarəti alan Toğrul Abdullayevin də müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Hadisə ilə əlaqəli 4 nəfərin şübhəli şəxs qismində saxlanıldığı deyilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
233
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
233
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
353
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
278
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
401
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
649