Davosda Azərbaycan və İsveçrə prezidentlərinin görüşü olub
Yanvarın 24-də Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının prezidenti Alen Berse ilə görüşü olub.
APA TV-nin xəbərinə görə, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olunub. İsveçrə prezidenti ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını deyib.
Söhbət zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən danışılıb. Ölkəmizin artıq mühüm nəqliyyat qovşağına çevrildiyi bildirilib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu vurğulanıb.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin qarşılıqlı investisiya qoyuluşu, SOCAR şirkətinin İsveçrədəki uğurlu fəaliyyətindən danışılıb.
Görüşdə ölkələrimiz arasında ticarətin həcminin artırılmasının zəruriliyi qeyd olunub, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
18:48
273
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
266
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
372
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
283
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
408
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
652