Lənkəranda maşın vuran 66 yaşlı kişi xəstəxanada öldü
Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.
APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə dünən axşam saatlarında şəhərin Fizuli küçəsində qeydə alınıb.
66 yaşlı Malikəjdər Qasımov yolu keçmək istəyərkən "VAZ-21099" markalı avtomobil tərəfindən vurulub. O, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin Malikəjdər Qasımovun həyatını xilas etmək mümkün olmayıb və yaralı bu gün xəstəxanada dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
273
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
266
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
372
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
283
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
408
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
652