Canet Yelleni Cerom Pauel əvəzlədi
ABŞ Senatı Cerom Paueli Amerikanın Mərkəzi Bankı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsində təsdiqləyib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sərmayəçi-bankir Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES İdarə Heyətinin üzvü olub.
Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək.
D.Tramp seçkiqabağı kampaniyası dövründə FES-i və şəxsən Canet Yelleni Barak Obama administrasiyasının təsirinə məruz qalaraq, baza uçot dərəcəsini süni şəkildə aşağı həddə saxlamaqda ittiham edib.
OXŞAR XƏBƏRLƏR
18:48
273
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
266
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
372
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
285
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
408
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
652