"VTB Bank"ın rəhbəri ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Prezident İlham Əliyev Davosda “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ilə görüşüb.
APA TV-nin xəbərinə görə, Andrey Kostin Azərbaycanda fəaliyyətlərini inkişaf etdirmək əzmində olduqlarını vurğulayaraq kapitalın həcmini artırmağa maraq göstərdiklərini bildirib. “VTB Bank”ın prezidenti qarşılıqlı investisiya imkanlarının öyrənilməsinin əhəmiyyətindən danışıb və Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb. O, bu işlərdə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlıq edib.
Prezident İlham Əliyev ölkəmizin “VTB Bank” ilə əməkdaşlığının genişləndirilməsindən məmnunluğunu ifadə edib, Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank”ın fəal səhmdarlarından biri olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan tərəfinin “VTB Bank” ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib və bu əməkdaşlığın ölkəmizdə özəl sektorun fəaliyyətinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
OXŞAR XƏBƏRLƏR
18:48
273
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
266
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
372
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
285
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
408
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
652