İran parlamentinin 18 ÜZVÜ İSTEFA VERDİ
İran parlamentinin 18 üzvü istefa ərizəsi yazıb. Bu barədə İran parlamentində Xürrəmabad şəhərini təmsil edən deputat İbrahim Ağaməhəmmədi açıqlama verib.
Onun sözlərinə görə, İranın Loristan vilayətini təmsil edən 18 millət vəkili istefa ərizəsini ölkə parlamentinin Rəyasət Heyətinə təqdim edib: “Onlar 2014-cü ilin dövlət büdcəsi layihəsində İranın Xuzistan vilayətinə ayrılmış maliyyə vəsaitindən narazıdırlar”.
APA TV-nin xəbərinə görə, məlumatı iranlı hüquq medafiəçisi Seyid Şerif Hüseyin də təsdiqləyib.
Bundan başqa Loristan millət vəkillərinin istefası xəbəri yayıldığı vaxtda İranın Kürdistan bölgəsindən olan millət vəkillərinin də istefa etdiyi iddia olunur. Bu barədə isə iranlı aktivistlər Muhammed Ahvaze və İsmayıl Yaşa yazıb.
OXŞAR XƏBƏRLƏR
19:44
337
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
363
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
565
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2139
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2113
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1939