İlham Əliyevin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə təkbətək görüşü olub
Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, görüşdə ikitərəfli münasibətlər, strateji tərəfdaşlıq və uğurla həyata keçirilən birgə layihələr barədə müzakirə aparılıb.
Tərəflər istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu layihə böyük rol oynayır və regionda yeni imkanlar yaradır.
Görüşdə enerji resurslarının tranziti sahəsindəki əməkdaşlıq, həmçinin ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərinə toxunulub. Tərəflər iki ölkə arasında tərəfdaşlığın region üçün vacibliyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR
18:48
294
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
287
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
387
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
290
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
413
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
661