"Azərişıq" AMEA-nın işığını kəsdi və... - AÇIQLAMA
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.
APA TV-nin məlumatına görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın "Azərişıq" ASC-yə 22 965 manat borcunun olması göstərilir.
"Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "APA-Economics"ə verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.
Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, 1945-ci il yanvarın 23-də AMEA fəaliyyətə başlayıb.
OXŞAR XƏBƏRLƏR
18:48
294
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
287
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
387
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
290
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
413
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
661