Türkiyə Afrində ilk şəhidini verdi
Türkiyə-Suriya sərhədində türk hərbçisi şəhid olub. APA TV-nin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahı məlumat verib.
Məlumata əsasən, bir əsgər Kilis vilayətinin Gülbaba kəndi yaxınlığında terrorçularla atışma zamanı həlak olub. Bu, Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı çərçivəsində verdiyi ilk şəhiddir.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.
OXŞAR XƏBƏRLƏR
18:48
294
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
287
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
387
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
290
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
413
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
661