Əsəd qüvvələri Türkiyənin nəzarətindəki bölgədə əməliyyat başladı
Suriya hökumət qüvvələri İdlib əyalətinin şərqində "Ən-Nüsra Cəbhəsi" terror qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat yayıb.
Hərbçilərin "Əbu-Cühur" aerodromunun 6 kilometr şimalına doğru irəliləyərək 24 yaşayış məntəqəsini terrorçulardan təmizlədiyi, habelə 1500-dən çox terrorçunun mühasirəyə alındığı bildirilib.
Eyni zamanda terrorçuların arsenalında tank, artilleriya və müxtəlif təyinatlı zirehli texnikanın olduğu da açıqlanıb.
Xatırladaq ki, dekabrın əvvəlində Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov 2018-ci ildə sözügedən qruplaşmanın tamamilə məhv ediləcəyini bildirmişdi. Bundan sonra Rusiyanın Suriyadakı hərbi komandanlığı bütün yaşayış məntəqələrinin İŞİD-dən təmizləndiyini rəsmən bəyan edib.
Qeyd edək ki, Suriyanın İdlib bölgəsi Rusiya və İranın razılığı ilə Türkiyənin nəzarətinə verilib.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?