Uşaq atasının avtomobilinin altında can verdi - GƏNCƏDƏ FACİƏ
Gəncədə Şahsevənlər küçəsində bədbəxt hadisə baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, şəhər sakini ehtiyatsızlıqdan avtomobillə öz azyaşlı övladını vurub.
Belə ki, o, idarə etdiyi "Mercedes" markalı avtomobili geriyə doğru hərəkət etdirərkən uşağı görməyib. Uşağın qəfildən avtomobilin arxasına keçdiyi deyilir. Nəticədə ağır xəsarət alan azyaşlı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
302
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
305
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
395
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
292
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
415
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
662