Şəhid əsgərimiz dəfn olundu
Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə şəhid olan əsgəri dəfn edilib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Mənəfov İbrahim Möhsüm oğlu bu gün Neftçalanın Bankə qəsəbəsində dəfn olunub.
Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri və İ. Mənəfovun xidmət keçdiyi hərbi hissənin zabit və əsgər heyəti iştirak edib. Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib.
Azərbaycan bayrağı hərbi hissənin komandiri tərəfindən şəhidin atasına təqdim edilib.
Şəhid əsgərin torpağa tapşırıldığı qəbiristanlıqda 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Bakını bolşevik-daşnak işğalından azad etməyə gələn və Azərbaycanda şəhid olan türk əsgərlərinin məzarları da var.
Qeyd edək ki, İ. Mənəfov ötən gün Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?