Ağsu-Kürdəmir yolunda 1 ton yararsız ət tutuldu
Ağsu rayonunda mənşəyi məlum olmayan, qida üçün yararsız ət müsadirə edilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları həmin yararsız heyvan ətini Kərimov Ədalət Səlim oğlunun idarə etdiyi "UAZ" markalı yük avtomobilində aşkar edib.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyində saxlanılan həmin avtomobilə baxış keçirilib. Baxış zamanı polis əməkdaşları avtomobildə çəkisi bir ton olan, mənşəyi məlum olmayan heyvan əti aşkar edib. Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri də heyvan ətinə baxış keçirərək onun qida üçün tam yararsız olduğunu bildirib.
Qeyd edək ki, ətin Kürdəmir rayonuna satış məqsədilə aparıldığı məlum olub. Antisanitar şəraitdə aparılan ət müsadirə edilib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
328
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
326
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
410
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
296
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
417
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
664