Polis əməkdaşı QƏZA TÖRƏTDİ
Xaçmaz şəhəri ərazisində, Gəndob-Yalama yolunun 24-cü km-də avtomobil qəzası baş verib. APA TV-nin xəbərinə görə, Xaçmaz rayonu, Laman kənd sakini, 52 yaşlı Eldar Nadirovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil, rayonun Dədəli kənd sakini, 33 yaşlı Ceyhun Abdullayevə məxsus “VAZ-2107” avtomobillə toqquşub. Nəticədə sürücülər Ceyhun Abdullayev və Eldar Nadirov, eləcə də qızı 23 yaşlı Zeynəb Nadirova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə zamanı xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onlardan hər iki sürücü ambulator müalicəyə buraxılıb. Qapalı kəllə beyin travması, baş beynin sirkələnməsi diaqnozu qoyulan Zeynəb Nadirova isə stasionar müalicəyə cəlb edilib.
“VAZ 2107” markalı nəqliyyat vasitəsinin sürücüsü Ceyhun Abdullayev polis əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI