Türkiyə Afrini bombalamağa başladı, ruslar geri çəkilir
Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində yerləşən PYD hədəflərinə toplarla zərbə endirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, zərbələr Hatayın Kırıkhan və Hassa qəsəbələrindəki sərhəd birlikləri tərəfindən endirilib.
Azad Suriya Ordusu (ASO) döyüşçülərindən ibarət qüvvələr isə avtobuslarla Suriya tərəfinə daşınıb. Öncüpınar sərhəd keçid məntəqəsindən keçən 20 avtobus Azez tərəfə irəliləyib. Türkiyənin dəstəklədiyi suriyalı müxaliflər "Fərat Qalxanı" bölgəsi və Afrin sərhədində yerləşərək PYD tərəfindən bomba yüklü avtomobillərlə edilə biləcək hücumun qarşısını almaq məqsədilə nəzarət nöqtələri quracaqlar.
Bu arada Türkiyə ordusunun Afrin əməliyyatından qabaq önəmli hadisə baş verib. Bölgədəki rus hərbçiləri çəkilməyə başlayıb. 170 Rusiya hərbçisinin 17 km geriyə doğru çəkilməyə başladığı barədə xəbər verilir. Bu, Türkiyə ordusunun həmin ərazidə hərbi əməliyyata başlayacağının göstəricisidir.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?