Mağazada gecələyən qadın yandı, obyektə və mallara heç nə olmadı - TOVUZDA
Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayon bazarındakı gül dükanında baş verib.
Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb. Qadın ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarından birinə göndərilib. Hadisə nəticəsində qadının bədəninin 65 faizinin yandığı bildirilir.
Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir. Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
328
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
326
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
410
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
296
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
417
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
664