Brilliant Dadaşova oğlunu sosial şəbəkədə hədələdi
Xalq artisti Brilliant Dadaşova oğlunu sosial şəbəkədə biabır edib.
APA TV-nin məlumatına görə, xalq artistinin oğlu Cahad sürətli motosiklet sürərkən çəkdiyi videonu “İnstagram” sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb.
Yüksək sürətlə hərəkət edən Cahadın bu videosu anası Brilliant Dadaşovanı özündən çıxarıb. O, qəzəbini paylaşımın elə şərh bölməsində bildirib:
“Tərbiyəsiz, sən mənə söz vermişdin. Gəlib o motosikleti yox edərəm. Məni qara siyahıya atsan, təyyarəyə minib ora gələcəm. Başıma ağrı girdi. Sənə göstərəcəm! Telefonlarıma cavab ver, yoxsa hər şeyi burada yazacam”.
Cahad isə anasına belə cavab verib: “Sənə telefondan istifadə etməyi niyə öyrətdim ki?”
Qeyd edək ki, B.Dadaşovanın oğlu Türkiyədə yaşayır.
OXŞAR XƏBƏRLƏR
18:48
328
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
326
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
410
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
296
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
417
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
664