Hacıqabulda minik maşını "KamAZ"la toqquşdu: bir sürücü yaralandı, digəri qaçdı
Bakı-Qazax magistral yolunda minik maşını yük maşını ilə toqquşub, sürücü xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yol nəqliyyat hadisəsi Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.
Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1984-cü il təvəllüdlü Nuruşov Usubəli Azad oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobil "KamAZ" markalı avtomobilə arxadan çırpılıb. Nəticədə minik maşınının sürücüsü ağır xəsarətlərlə Şirvan Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. "KamAZ" markalı avtomobilin sürücüsü isə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aprılır.
OXŞAR XƏBƏRLƏR
18:48
328
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
326
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
410
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
296
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
417
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
664