Mingəçevirdə zəncirvari qəza: 1 ölü, 3 yaralı
Mingəçevir şəhərində zəncirvari yol qəzası olub. APA TV-nin məlumatına görə, avtoqəza zamanı bir nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
H.Əliyev prospektində qeydə alınmış hadisədə "VAZ 2107", "VAZ 21099" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 21099" markalı avtomobildə olan sərnişin, Ağdam rayonundan olan məcburi köçkün, 1933-cü il təvəllüdlü Məmmədov Qənbər Firudin oğlu hadisə yerində dünyasını dəyişib. Həmçinin yol qəzası nəticəsində 3 nəfər də ağır bədən xəsarətləri alaraq Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
18:48
328
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
326
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
410
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
296
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
417
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
664