Bakıda qayda pozan avtobus sürücüsü işdən azad edildi - REAL GÖRÜNTÜ
Bakıda kobud qayda pozuntusuna yol verən marşrut sürücüsü işdən azad edilib.
APA TV-nin məlumatına görə, bu gün 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.
11 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Agentliyin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü Əleysər Ələsgər oğlu İsmayılov daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı, daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
OXŞAR XƏBƏRLƏR
18:48
328
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
326
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
410
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
296
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
417
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
664