Salyanda ev yandı, sahibi işdən qayıdanda xəbər tutdu
Salyan rayonunda yanğın olub. APA TV-nin məlumatına görə, yanğın birmərtəbəli 2 otaqlı fərdi yaşayış evini içərisindəki əşyalarla birlikdə külə çevirib.
Hadisə rayonun Plastik yaşayış massivində imkansız ailələr üçün tikilmiş ərazidə, Həsən Məmmədov küçəsi 46 ünvanında baş verib. Rafiq Sadıqova məxsus evdə yanğın baş verən zaman ev sahibi işdə olub. Fərdi yaşayış evinin dam örtüyündən alovun qalxdığını görən qonşular bu barədə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə müraciət edib. Məlumat daxil olan kimi hadisə yerinə nazirliyin Salyan Rayon Yanğından Mühafizə Hissəsinə məxsus 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Yanğın söndürülüb və onun qonşu evlərə keçməsinin qarşısı alınıb. Bununla belə, 90 kv/m sahəsi olan fərdi yaşayış evi yanaraq kül olub. Hadisənin baş verməsi səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
341
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
338
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
427
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
299
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
420
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
666