Müşfiqabadda qadını, "Gənclik"də isə kişini avtomobil vurdu
Gecə saatlarında Bakının Qaradağ rayonu ərazisində qadını avtomobil vurub. APA TV-nin məlumatına görə, avtoqəza Müşfiqabad qəsəbəsində baş verib.
Qəsəbə sakini Nazilə Nəsirova yolu keçmək istəyən zaman taksi kimi fəaliyyət göstərən minik avtomobilinin zərbəsi ilə üzləşib. Xəsarət alan qadın təcili tibbi yardım maşını ilə 1 saylı Xəstəxanaya çatdırılıb və həkim nəzarətinə verilib.
Bakının Nərimanov rayonunda da piyadanı avtomobil vurub. Hadisə Həsən Əliyev küçəsində, Azərbaycan Müəllimlər İnstitutunun qarşısında baş verib.
1985-ci il təvəllüdlü Muradov Ruslan Vidadi oğlu yolu keçmək istəyən zaman avtomobilin zərbəsinə tuş gəlib. Piyada aldığı xəsarətlərlə 1 saylı Xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti orta ağırdır.
Hər iki yol qəzası ilə bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
341
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
340
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
428
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
299
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
420
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
666