Türkiyədən sonra İran da ABŞ-a xəbərdarlıq etdi: YENİ MÜHARİBƏ BAŞLAYACAQ
"ABŞ-ın Suriyanın şimalında 30 minlik ordu qurması bölgədə gərginliyi artıracaq və yeni müharibəyə gətirib çıxaracaq".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlama İran prezidenti Həsən Ruhaniyə məxsusdur.
ABŞ-ın sözü gedən planının Suriyada aparılan antiterror əməliyyatları ilə yaxından-uzaqdan əlaqəsi olmadığını deyən Ruhani bunu beynəlxalq hüquqa, o cümlədən bir ölkənin suverenliyinə qarşı təcavüz kimi qiymətləndirib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. ABŞ Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiyanın PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordudan ibarət olacağını bəyan edib.
Həsən Ruhanidən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da həmin ordunun qurulmasına imkan verməyəcəklərini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?