POLİS İDARƏSİNDƏ İNTİHAR: 1 kq tiryəklə yaxalanan şəxs özünü pəncərədən atdı
Yasamal RPİ -nin inzibati binasında intihar faktı qeydə alınıb. Axşam saatlarında təqsirləndirilən şəxs özünü idarənin 4-cü mərtəbəsindən aşağı atıb. Kəllə beyin travması və bədənin coxsaylı sınığı xəsarətləri aldığından onu polis əməkdaşları xəstəxanaya catdırıblar. APA TV-nin xəbərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, intihara cəhd edən şəxs Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunan Astara rayon sakini Zamin Mirzəyevdir. Onun üzərindən 906, 407 qram tiryək aşkarklanıb. İdarənin növbətçi hissəsindən APA TV-yə şəxsin tutulduğunu desələr də, intihar faktı ilə bağlı heç nə deyə bilməyəcəklərini söyləyiblər.
Təqsirləndirilən şəxs müstəntiqə otaqda ifadə verərkən qəflətən ayağa durub və pəncərəyə yaxınlaşaraq, özünü atıb. Hazırda şəxsin Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanasının reonimasiya şöbəsində polis nəzarəti altında müalicə aldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI