Liviyada beynəlxalq aeroporta hücum: 20 nəfər qətlə yetirildi, 60 yaralı var
Liviyada silahlı qruplaşmanın üzvləri beynəlxalq hava limanına hücum edib.
APA TV-nin "Sky News Arabia" telekanalına istinadən məlumatına görə, Tripolidə "Mitiqa" beynəlxalq hava limanına hücum zamanı azı 20 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hava limanında Milli barışıq hökumətinə loyal iki qruplaşma arasında toqquşma baş verib. İnsidentin səbəbləri hələ ki, açıqlanmır.
Xatırladaq ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsverməsi nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq hökuməti isə Tripolidə yerləşir.
OXŞAR XƏBƏRLƏR
18:48
369
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
364
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
456
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
306
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
428
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
672