Bir neçə rayonda reklam lövhələrini oğurlayanlar saxlanıldı - AĞDAM POLİSİ İŞ BAŞINDA
Ağdamda sərnişin dayanacaqlarında yerləşdirilən reklam lövhələrini oğurlayan qrup saxlanılıb. APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, əməliyyat tədbirləri Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən reallaşdırılıb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Gəncə şəhər sakinləri Novruzov Kamran Vilayət oğlu və Fərzəliyev Orxan Əkbər oğlu oğurladıqları reklam lövhələrini tanışları Musayev Musa Zakir oğluna məxsus “Ford Tranzit” markalı avtomobillə Gəncə şəhərinə aparıb. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı saxlanılan şəxslər etdikləri əməli etiraf edib. Onların ümumilikdə 8 rayondan 30-dan çox dayanacaqda quraşdırılan reklam lövhələrini sökdükləri üzə çıxıb. Dayanacaqlardan sökdükləri həmin lövhələrin alüminium hissələrini sökərək əlvan metalların qəbulu sexinə satıblar. Qrup üzvləri “Azərsu” ASC-nin təmsilçisinin şikayəti əsasında ifşa olunub. Çünki onların oğurladığı reklam lövhələrinin əksəriyyəti bu quruma məxsus olub.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
369
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
364
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
456
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
306
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
428
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
672