Ötmə əməliyyatı edərkən qəza törətdi, sükan arxasından güclə çıxarıldı - ZAQATALADA
Zaqatalada baş vermiş yol qəzasında bir nəfər ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə bu gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 110-cu kilometrliyində baş verib.
Zaqatala rayon Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Hudulov Ruşan Fətullah oğlu idarəetdiyi “VAZ 2106” markalı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə Zaqatala-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunu ötmək istəyib və idarəetməni itirərək avtomaşını yolun kənarındakı ağaca çırpıb. Nəticədə xəsarət alan sürücü R.Hudulov deformasiyaya uğramış avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalıb. O, hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən çıxarılıb və Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
369
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
364
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
456
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
306
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
428
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
672