Evində təmir işləri aparan Şirvan sakininin üstünə dam uçub
Şirvan şəhərində birmərtəbəli fərdi yaşayış evinin dam örtüyü təmir zamanı çöküb, bir nəfər ağır xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi 17d ünvanında baş verib.
Fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Rövşən Ramiz oğlu dağıntı altında qalaraq ağır xəsarətlər alıb. Evinin damında təmir işləri apardığı zaman köməksiz vəziyyətə düşən R.Əliyev hadisə yerinə cəlb olunmuş FHN-in Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri tərəfindən çıxarılaraq təcili tibbi yardım maşını ilə Şirvan şəhər xəstəxanasına çatdırılıb.
Onun vəziyyətinin hazırda orta ağır olduğu deyilir.
OXŞAR XƏBƏRLƏR
18:48
377
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
372
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
465
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
308
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
429
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
673