"Prava"sız sürücülər, "plyonka"lı avtomobillər sıraya düzüldü - GÖYGÖLDƏ REYD
Göygöl rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. APA TV-nin qərb bürosunun məlumatına görə, gücləndirilmiş iş rejiminə keçidlə əlaqədar yol hərəkəti zamanı kobud qanun pozuntularına yol verən sürücülər YPX əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub. Təxminən 3 saat davam edən reydlərdə 50-dək avtomobil saxlanılıb.
Reydlər olduqca maraqlı məqamlarla da yadda qalıb. Yoxlamalar göstərib ki, bütün profilaktik tədbirlərə baxmayaraq, hələ də yol hərəkəti qaydalarını pozan sürücülərin sayı kifayət qədərdir. Üstəlik polis əməkdaşlarını haqsız çıxarmağa çalışan və bununla da məsuliyyətdən yaxa qurtarmaq istəyən sürücülər də olub.
Ümumilikdə yoxlamalarda müxtəlif qanun pozuntuları aşkar edilib. Avtomobilini sürücülük hüququ olmadan idarə edənlərdən tutmuş nəqliyyat vasitəsində görməni məhdudlaşdıran tünd şüşə və pərdələrdən istifadə edənlərə qədər. Hətta sərnişin daşıyan mikroavtobuslarda belə kobud qanun pozuntuları aşkar edilib.
Qeyd edək ki, Göygöl Rayon Dövlət Yol Polisi Bölməsi tərəfindən bu kimi reydlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
18:48
378
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
373
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
466
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
308
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
429
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
673