İmişlidə bir ailə evsiz qaldı - EV KÜLƏ DÖNDÜ
İmişlidə fərdi yaşayış evi yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın hadisəsi gecə saatlarında İmişli şəhərinin Lətif Vəliyev küçəsində yerləşən Yadigar Aslanova məxsus evdə qeydə alınıb.
Yanğın zamanı ev sahibləri evdə olmayıb. Yanğından ev sahibinin qardaşı xəbər tutub. Evdən əşyaları çıxarmağa cəhd olunsa da, alov buna imkan verməyib.
Hadisə yerinə FHN-in İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Ev sahibinin sözlərinə görə, yanğın evin yola tərəf olan otağından başlayıb və digər otaqlara keçib.
Ev sahibi bildirir ki, evdən çıxarkən qaz və işıq bağlı olub. Evsiz qalan ailə nə edəcəyini bilmir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?