Səudiyyədə qadınlar ilk dəfə stadionda futbola baxa bilib - KİŞİLƏR OLMADAN
Səudiyyə Ərəbistanında qadınlar onlara qarşı olan bəzi qadağaların aradan qalxmasından tədricən yararlanmağa başlayıb. APA TV-nin verdiyi məlumata görə, artıq onları futbol stadionlarında sevimli komandalarına dəstək verərkən görmək mümkündür.
Cidde stadionunda ilk dəfə qadınlar ailəvi şəkildə tamaşaçı qismində iştirak edib. Qızların çoxu stadiona ölkə klublarının rənginə uyğun sarı və göy çarşabla gəlib. Bəzilərinin isə üzündə qrim olub.
Krallığın vədinə görə, bundan sonra bütün mötəbər yarış meydanlarına qadınların yanlarında kişilər olmadan tək gələ bilməsinə imkan veriləcək. Bundan başqa Səudiyyə Ərəbistanında tezliklə hər kəs üçün kinoteatrlar açılacaq, qadınlar sürücülük vəsiqəsi əldə edə biləcək. Bir qədər əvvəl isə qızlar ilk dəfə musiqili konsertdə iştirak edə bilib.
OXŞAR XƏBƏRLƏR
18:48
377
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
372
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
465
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
308
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
429
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
673