Gədəbəydə qızıl satan qadının evinə basqın: 50 min manatlıq qızıl aparıldı
Gədəbəydə qızıl satan qadının evinə basqın olub və külli miqdarda qızıl aparılıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Gədəbəy şəhərində yaşayan 1959-cu il təvəllüdlü Rahilə Tapdıq qızı İbrahimova yaşadığı evdə naməlum şəxs tərəfindən döyülüb.
Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.İbrahimova rayonda qızıl-zinət əşyalarının satışı ilə məşğul olurmuş. Gecə saatlarında naməlum şəxslər onun yaşadığı evə daxil olaraq qadını döyüb və evdə olan təxminən 50 min manat dəyərində olan qızıl zinət əşyalarını aparıblar.
FAktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
387
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
382
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
476
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
310
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
431
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
675