Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü tutuldu
Bakıda piyadanı vurub hadisə yerindən qaçan avtobus sürücüsü tutulub.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Qaradağ rayonunun Lökbatan-Xocahəsən yolunda Bakı şəhər sakini Qiyas Abbasovu naməlum avtomobillə vuraraq piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanılıb.
Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən 206 saylı xətt marşrutu ilə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun sürücüsü Əlipənah Mehrəliyev saxlanılıb.
Qeyd edək ki, hadisədən sonra sürücü izi itirmək məqsədilə avtobusun qırılan alın şüşəsini və nəqliyyat vasitəsinin qabaq işıqlarını təmir etdirmək istəyən zaman polislər tərəfindən tutulub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?