Xaçmazda ev 15 gündə ikinci dəfə yandı
Bu gün səhər saatlarında Xaçmaz rayonunda yaşayış evində yanğın baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun Niyazoba kənd sakini 1966-cı il təvəllüdlü Kamalov Cərulla Nərullah oğluna məxsus, ümumi sahəsi 85 kvadrat metr olan birmərtəbəli 3 otaqlı yaşayış evinin bir otağının yanar konstruksiyaları 15 kvadratmetri və dam hissəsinin 30 kvadratmetri yanıb. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.
Kənd sakini Çimnaz Muradova yanğın baş verən evdə heç kimin yaşamadığını bildirib: "Burda yaşamırlar. Xaricdə qalırlar. Burda yaşamasalar da, istilik sistemləri işlək vəziyyətdə olub. Gecə külək olub. İki həftə öncə də evdə kiçik yanğın olub".
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
18:48
399
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
394
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
490
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
314
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
436
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
681