Aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişdi
Aşıq Vüqar Mahmudoğlu vəfat edib. APA TV-nin məlumatına görə, bu barədə aşığın qardaşı, jurnalist Anar Niftəliyev məlumat verib.
O qeyd edib ki, aşıq Vüqar Mahmudoğlu ürək xəstəliyindən əziyyət çəkirdi: “Axşam saat 3-də dünyasını dəyişib. Bir neçə gün əvvəl infarkt keçirmişdi, reanimasiyada yatırdı. Bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmadı. Vüqarı Şamaxıda dəfn edəcəyik. Yas yeri və vida mərasimi Müşfiqabad qəsəbəsində olacaq”.
Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.
OXŞAR XƏBƏRLƏR
18:48
399
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
394
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
490
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
314
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
436
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
681