Koreya barışığı: Şimal və Cənub anlaşdı - TARİXİ RAZILAŞMA
Cənubi və Şimali Koreya təmsilçiləri arasında Phanmunconda keçirilən danışıqlar yekunlaşıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, danışıqlarda əsas diqqət ölkələrarası münasibətlərin normallaşması məsələsi ətrafında olub.
Tərəflər sərhəddə gərginliyi azaltmaq üçün hərbi kanallarla danışıqlar aparılması, eləcə də hərbiləşdirilmiş rabitə xəttinin bərpası barədə razılığa gəlib.
Bundan əlavə, danışıqlarda Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı məsələlər də müzakirə edilib.
Danışıqlardan sonra mətbuata verilən açıqlamalarda mövcud fikir ayrılıqlarının dialoq vasitəsilə nizamlanmasına dair ortaq fikir ifadə olunub.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In Yeni il münasibətilə xalqa etdiyi müraciətində cənub qonşusuna dialoq təklifi edib və rəsmi Seuldan müsbət cavab alıb. Bundan sonra hər iki ölkə təmsilçiləri arasında danışıqların aparılması qərara alınıb.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?