Ukraynada AZƏRBAYCANLINI ÖLDÜRƏN soydaşımız tutulub
Dekabrın 6-da Kiyevin Desnyanski rayonunda Azərbaycan vətəndaşı həmyerlisini qətlə yetirib. APA TV-nin məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin sorğusuna əsasən, həmin rayonun polis şöbəsindən verilən rəsmi məlumatda belə göstərilib. Səfirliyin konsulluq məsələləri üzrə birinci katibi Asim Osmanov qətli Saatlı rayon sakini Manafov Elxan Nadir oğlunun törətdiyini deyib: "Qətlə yetirilən 1976-cı il təvəllüdlü Həşimov Elxan Misir oğludur. Onlar həmin rayonda "Xivilinka" deyilən bir kafedə oturublar. Birlikdə spirtli içki qəbul ediblər. Aralarında mübahisə baş verib. Onlar kafedən kənara çıxıblar. Aralarında dava düşün Manafov Elxan digərinin başına daşla zərbə vurub, ayaq zərbələri endirib. Həşimov Elxan yerindəcə keçinib".
Asim Osmanovun sözlərinə görə, hadisə ilə bağlı Ukrayna qanunvericiliyinə uyğun olaraq cinayət işi qaldırılıb, istintaq davam edir. Səfirlik rəsmisi onu da qeyd edib ki, hadisə milli zəmində baş verməyib, yalnız 2 azərbaycanlı arasında baş vermiş hadisədir.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI