ABŞ 4 gündə Pakistanın 1 milyard 155 milyon dollarını kəsdi
ABŞ Pakistana edəcəyi 900 milyon dollarlıq yardımı dondurduğunu elan edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Pentaqonun sözçüsü polkovnik Rob Manninq açıqlama verib.
"Koalisiyaya Dəstək Fondundan Pakistana 900 milyon dollar ayrılması planlaşdırılırdı. Məbləğin ödənilməsi təxirə salınıb. Pakistanın təqib etdiyimiz terrorçulara və terror qruplaşmalarına qarşı ciddi addımlar atacağına ümid etdiyimizdən bu pullar ləğv olunmayıb".
Hərbçi bildirib ki, 2016-cı il büdcəsindən 540 milyon dollar mart ayında Pakistana verilib, 2017-ci il büdcəsindən ayrılacaq yardımların edilməsinə isə oktyabr ayına qədər baxılacaq.
ABŞ Pakistandan "Taliban" və "Hakani" qruplaşmalarının liderlərinin və hücum planı hazırlayanların ölkədə qalmamasını tələb edir.
"Koalisiyaya Dəstək Fondundan Pakistana 900 milyon dollar ayrılması planlaşdırılırdı. Məbləğin ödənilməsi təxirə salınıb. Pakistanın təqib etdiyimiz terrorçulara və terror qruplaşmalarına qarşı ciddi addımlar atacağına ümid etdiyimizdən bu pullar ləğv olunmayıb".
Manninq məsələnin müzakirə olunacağını, nəticə olmasa gələcək iki il ərzində ayrılacaq yardımların da təxirə salınacağını deyib.
Xatırladaq ki, 4 gün əvvəl ABŞ Pakistana 255 milyon dollar dəyərində təhlükəsizlik məsələləri ilə bağlı maliyyə yardımını dayandırıb.
OXŞAR XƏBƏRLƏR
18:48
419
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
414
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
509
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
318
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
440
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
684