Maştağada 13 yaşlı qız itkin düşüb
Maştağa qəsəbəsində 13 yaşlı qız itkin düşüb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Maştağa qəsəbə sakini, 2004-cü il təvəllüdlü Nəsibə Namiq qızı Mirzəyeva yanvarın 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Evdən çıxarkən N.Mirzəyevanın əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub.
Polis itkin düşən yeniyetmə qızın fotosunu da təqdim edib. Onu görənlərdən (012) 455-44-32, (012) 455-02-02 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
18:48
419
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
414
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
509
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
318
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
440
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
684