Gəncədə sürücü sükan arxasında öldü - ÜRƏKTUTMADAN
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Muradov Yaşar Faiq oğlu hadisə yerində dünyasını dəyişib.
Əraziyə polis gəlib və müayinə zamanı Y.Muradovun sükan arxasında qəfil ürəktutması keçirdiyi və bu səbəbdən idarəetməni itirərək qəza törətdiyi müəyyən olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:48
419
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
414
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
509
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
318
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
440
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
684