21 yaşlı gənc bulvarda özünü dənizə atdı - MEYİTİ HƏLƏ DƏ TAPILMAYIB
Axşam saatlarında Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb. APA TV-nin məlumatına görə, hadisə "Yaxt Klub"a yaxın ərazidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları gəlib. Xilasedicilər sahil boyu dənizdə batan şəxsin axtarışlarını aparıb. Ancaq hava qaraldığından onu tapmaq hələlik mümkün olmayıb.
Hadisə yerinə Səbail RPİ-nin əməkdaşları da cəlb olunub. Müəyyən edilib ki, dənizdə batan şəxs Lerik rayon sakini, 21 yaşlı Məlik Cahangirovdur. O, intihar məqsədilə özünü dənizə atıb. M.Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.
Onun hansı səbəbdən özünü dənizə atması məlum deyil.
Hazırda onun axtarışları davam etdirilir. Bu gün səhər saatlarından isə xilasedici dalğıclar yenidən axtarış üçün suya girəcək.
OXŞAR XƏBƏRLƏR
18:48
419
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
414
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
509
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
318
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
440
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
684