"Ərəb baharı" "Ərəb qışı"na çevrilir? - TUNİS YENƏ QARIŞDI
Tunisin Teburba şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, toqquşmalar işsizlik, qiymətlərin və vergilərin qaldırılmasına qarşı keçirilən aksiyada qeydə alınıb.
Məlumata görə, bəzi etirazçıların hökumət binasına od vurmaq çağırışı vəziyyəti nəzarətdən çıxarıb. Etiraz aksiyaları Tunisin bir sıra digər şəhərlərində də keçirilib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Tunisdə 2011-ci ildə başlayan maliyyə böhranı hazırda da davam edir. 2015-ci ildə törədilən terror hücumlarından sonra ölkəyə turist axını kəskin şəkildə azalıb.
OXŞAR XƏBƏRLƏR
18:48
423
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
419
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
512
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
318
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
440
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
685