İranın qəzaya uğrayan neft dolu tankeri partlayıb, bata bilər
Yanvarın 6-da axşam Çin sahillərində Honkonqa məxsus yük gəmisi ilə toqquşan İrana məxsus neft tankerinin partlayaraq batması təhlükəsi var.
APA TV-nin "Euronews"a verdiyi məlumata görə, SANCHI adlı tankerdə yanğın davam edir.
Tankerin korpusu və sızan yanacaq alovla əhatə olunub. Partlayış təhlükəsi üzündən, eləcə də yanan məhlul havaya yüksək səviyyədə toksik maddə buraxdığı üçün yanğınsöndürənlər gəmiyə yaxınlaşa bilmir. Çinin dənizdə təhlükəsizlik üzrə dövlət idarəsi qəza yerindən 10 mil məsafədə gəmilərin hərəkətini qadağan edib.
Gəminin göyərtəsində 32 nəfər heyət üzvü var imiş. Onlar itkin düşmüş hesab olunurlar.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidən bir qədər aralıda ekipaj üzvlərindən birinə aid olduğu ehtimal edilən cəsəd aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?