Yarışlar dayandı, elektrik kəsildi, fotoaparatlar sıradan çıxdı - AVSTRALİYADA ANOMAL İSTİLƏR
Avstraliyada havanın hərarəti rekord həddə çatıb - 47,3 dərəcə.
APA TV-nin məlumatına görə, Avstraliyanın Sidney şəhərində bu, son 79 ildə ən yüksək həddir.
Şəhərdə həyəcan siqnalı verilərək, alovdan istifadə qadağan olunub, tennis oyunları təxirə salınıb. Anomal istilər hətta fotoaparatları da sıradan çıxarıb.
İstilərdən qorumaq üçün evsiz insanlar sığınacaqlara yerləşdirilib. Onlar arasında xəstəxanaya yerləşdirilənlər də az deyil.
Şəhərin bir qismində təxminən 7 min evdə elektrik enerjisi kəsilib. Ölkənin Viktoriya və Cənub Avstraliya bölgələrində anomal istilər yanğınlara səbəb olub. Hərçənd, ötən ilin sentyabr ayında qışın yağışsız keçəcəyi, bu səbəbdən də yay aylarında yanğınların şiddətlənəcəyi ehtimal olunurdu.
Avstraliyada rekord istilik həddi 2016-cı ilin dekabr və 2017-ci ilin fevral ayında müşahidə olunmuşdu. Mütəxəssislər iqlim dəyişikliyi nəticəsində quruda və dənizdə hərarətin dəyişəcəyi, bu səbəbdən də təbiət hadisələrinin artacağı ilə bağlı xəbərdarlıq ediblər.
Qeyd edək ki, Sidneydə sonuncu dəfə 1939-cu ildə 47,8 dərəcə istilik qeydə alınmışdı.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?