İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - XAMENEYİDƏN BƏYANAT
İranda ibtidai siniflərdə ingilis dilinin tədrisi ləğv olunub.
APA TV-nin məlumatına görə, qərar İranın ali dini lideri Ayətullah Əli Xameneyinin bu barədə açıqlamasından sonra verilib.
Ali dini lider bir müddət əvvəl erkən yaşlarda xarici dil öyrənilməsinin mədəni işğala səbəb olacağını bildirmişdi. Bundan sonra ibtidai siniflərdə ingilis dilinin tədrisinə qadağa qoyulub.
İran dövlət televiziyasına danışan İran Təhsil Şurasının sədri Mehdi Navid-Adham "Dövlətə aid və özəl məktəblərdə ibtidai siniflərdə proqram çərçivəsində ingiliscə təhsil verilməsi qanunlara və qaydalara uyğun deyil" deyib. Navid-Adham qərara səbəb kimi "şagirdlərin İran mədəniyyətinin təməlini ibtidai sinifdə almasını" göstərib.
OXŞAR XƏBƏRLƏR
18:48
424
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
421
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
513
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
318
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
440
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
685