Silahlı şəxs övladlarını və xanımını güllələdi - AMERİKASAYAĞI QƏTL
ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib. APA TV-nin xəbərinə görə, bu barədə Los-Anceles polisi özünün sosial media hesabında məlumat yayıb.
Məlumata görə, Santa-Klarita yaşayış məntəqəsində baş verən atışmada 4 nəfər ölüb. Yerli sakinlərə əraziyə yaxınlaşmamaq tövsiyə edilib. Polis faktla bağlı araşdırmalara başlayıb.
Müəyyən edilib ki, silahlı insident bir ailənin daxilində baş verib. Adı açıqlanmayan bir kişi ailə üzvlərini güllələyib, sonra intihar edib. Məlumata əsasən, ailə başçısı əvvəl həyat yoldaşını, sonra isə iki övladını qətlə yetirib.
İnsidentin detalları müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR
18:48
440
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
435
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
528
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
321
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
444
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
690